Bank Of Baku

Sərdar Cəlaloğlu: “Seçkiqabağı şərait aydın olmamış Müsavatın prezidentliyə namizəd irəli sürməsi tələsik addımdır”

Sərdar Cəlaloğlu: “Seçkiqabağı şərait aydın olmamış Müsavatın prezidentliyə namizəd irəli sürməsi tələsik addımdır”
# 16 oktyabr 2007 14:57 (UTC +04:00)
“Seçkiqabağı şərait aydın olmayana qədər növbəti prezident seçkilərinə namizəd müəyyənləşdirmək qeyri-ciddi səslənir. Müsavatın prezident seçkilərində iştirakla bağlı qərarını və namizəd müəyyənləşdirməsini bir qədər tələsik addım kimi qəbul edirik”. Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, hazırda Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı danışıqlar gedir və bu dəyişikliklərdən sonra namizədin üzərinə hansı şərtlərin qoyulacağı bəlli deyil: “Ona görə gözləməliyik ki, hər şey aydınlaşsın, ondan sonra seçkilərdə iştirakla bağlı qərar qəbul edək. Çünki seçki texnologiyaları ilə məşğul olan adamlar yaxşı bilirlər ki, ümumiyyətlə, namizədlər mümkün qədər gec elan olunmalıdır. Yəni, seçkiyə ən yaxın bir vaxtda elan olunmalıdır ki, qara “piar”a daha az məruz qalsın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR