Bank Of Baku

Bakı şəhər icra hakimiyyəti Müsavat partiyasının mitinqlə bağlı müraciətinə rədd cavabı verib

Bakı şəhər icra hakimiyyəti Müsavat partiyasının mitinqlə bağlı müraciətinə rədd cavabı verib
# 16 oktyabr 2007 15:00 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 18-də “Qoşa qala” qapısındakı meydanda Müstəqillik Günü ilə bağlı təntənəli bayram mitinqi keçirməsi haqda müraciətinə mənfi cavab verib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, BŞİH şəhərin mərkəzi küçələrində kütləvi aksiyaların keçirilməsini məqsədəuyğun saymayıb. Cavab məktubunda təklif olunub ki, aksiya BŞİH tərəfindən kütləvi aksiyalar üçün ayrılmış yerlərin birində keçirilsin. A. Hacılı bildirib ki, bununla bağlı sabah partiya rəhbərliyində qərar qəbul olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR