Bank Of Baku

BAXCP Milli Məclisi qondarma “erməni soyqırımı”nı tanıyan sənədə etiraz etməyə çağırır

BAXCP Milli Məclisi qondarma “erməni soyqırımı”nı tanıyan sənədə etiraz etməyə çağırır
# 16 oktyabr 2007 15:31 (UTC +04:00)
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan xəbərə görə, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının İslandiyanın paytaxtı Rekyavik şəhərində keçirilən payız sessiyası barədə iştirakçılara məlumat verib. Toplantıda ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində uydurma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbulu ətrafında da müzakirə aparılıb və bu qərar pislənilib. İH üzvləri sənədin tarixi həqiqətlərə deyil, erməni yalanına söykəndiyini bildirərək konqresmenlərin hərəkətini Türkiyəyə qarşı siyasi güc nümayişi kimi qiymətləndiriblər. Partiya məsələ ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda Azərbaycan Milli Məclisi qondarma “erməni soyqırımı”nı tanıyan sənədə etiraz etməyə, Azərbaycan hökuməti isə Türkiyənin antiterror əməliyyatlarına hər cür dəstək verməyə çağırılır. İclasda BAXCP Ali Məclisinin oktyabrın 20-nə təyin olunmuş iclasının təxirə salınmasına da qərar verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR