Bank Of Baku

Xəzəryanı ölkələrin dövlət başçılarının Tehranda keçirilən II sammitində 25 bənddən ibarət Bəyannamə imzalanıb YENİLƏNİB

Xəzəryanı ölkələrin dövlət başçılarının Tehranda keçirilən II sammitində 25 bənddən ibarət Bəyannamə imzalanıb  <font color=#FF0000>YENİLƏNİB</font>
# 16 oktyabr 2007 15:36 (UTC +04:00)
Bəyannamədə aşağıdakı məsələlər əksini tapıb:
1. Tərəflər Xəzər regionunun sabitlik və sülh regionu, iqtisadi inkişaf, sahil ölkələri arasında beynəlxalq hüququn təsbit olunduğu və rifah bölgəsinə çevrilməsinə çalışacaqlar. Onlar ikitərəfli və çoxtərəfli əlaqələr çərçivəsində siyasi, diplomatik, ticari, iqtisadi, elmi, texniki, mədəni, ictimai və başqa sahələrdə əməkdaşlıq etməkdə qərarlıdırlar.
2. Tərəflər Xəzəryanı ölkə başçılarının görüşlərinin tərəflərin razılığı ilə davamlı keçirilməsini, sammitlərarası dövrdə XİN başçılarının, həmçinin, tərəflərin səlahiyyətli ekspertlərinin Xəzər dənizi ilə bağlı bütün məsələlərin araşdırılması üçün görüşlərini dəstəkləyirlər.
3. Tərəflər Xəzərdə olan resurslardan istifadə üçün çalışacaq, onun inkişaf etdirilmə qabiliyyətini nəzərə alaraq, iqtisadi sahədə, xüsusilə enerji və yükdaşıma sahələrində bir-biriləri ilə əməkdaşlığı və danışıqları genişləndirəcəklər.
4. Tərəflər regionda daşınmaların səmərəli istifadəsi üçün beynəlxalq daşınmalar dəhlizi yaratmaqla bir-birlərinə kömək edəcəklər.
5. Tərəflər bildirirlər ki, Xəzər dənizi və onun resursları ilə əlaqədar ancaq sahilyanı ölkələr hüquqa sahibdirlər.
6. Tərəflər bildirirlər ki, Xəzərin tam hüquqi statusu “Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya” imzalandıqdan sonra qüvvəyə minəcək.
7. Tərəflər Xəzərin yeni hüquqi statusunun təyin olunmasına qədər gəmilərin gediş-gəlişi, balıqçılıq və gəmiçiliyin istifadəsinə razıdırlar. Bu o halda həyata keçirilə bilər ki, gəmilər Xəzər sahili ölkələrin bayrağı altında hərəkət etsin.
8. Tərəflər bildirirlər ki, Xəzərin tam hüquqi statusunun təsdiq olunması və bunun üçün dənizin hüquqi status konvensiyasının tez bir müddətdə bağlanması ən mühüm vəzifədir. Bu konvensiya Xəzər dənizinin hüquqi statusunun əsas sənədi kimi sahilyanı ölkələrin səlahiyyət məsələlərini o ölkələrin hüququna hörmət bəsləyərək müəyyən etməli, ekoloji qaydalar burada əks olunmalıdır. Təbii mənbələrdən ağıllı istifadə edilməsi, o cümlədən Xəzərin canlı aləmindən, yataqlardan, gəmiçilik, eləcə də Xəzərdə fəaliyyətə aid bütün başqa məsələlər də buraya aiddir.
9. Tərəflər elan edirlər ki, Xəzər sahili ölkələrin hamısı tərəfindən dənizin yeraltı və yerüstü mənbələrinin sərhəd məsələləri haqda son razılaşma onların hakim olduqları hüququ nəzərə alaraq və bir-birlərinin qanunlarına hörmət bəsləyərək icra olunacaq.
10. Tərəflər Xəzərin su sərhədlərinin təyin olunması üçün danışıqlar davam etdirilməsi barədə razılığa gəliblər.
11. Tərəflər bugünkü və gələcək nəsil qarşısında öz məsuliyyətlərini başa düşərək, Xəzəri qorumaq, onun ekoloji problemlərinin həllini bir-biriləri ilə əməkdaşlıq çərçivəsində həll etməkdə, o cümlədən ekoloji qorunma üçün milli fəaliyyətlərdə, ekoloji qorunmada əməkdaşlıq nizamını yaratmaqda, bioloji mühiti qorumaqda, canlıların yetişdirilməsində və qorunmasında təkid edirlər. Tərəflər bildirirlər ki, Xəzərin ekoloji vəziyyəti kürünün və dənizin ekoloji vəziyyətini nəzərə alaraq, onun pis nəticələnməməsi üçün tez bir zamanda əməkdaşlıq etsinlər. Bu məqsədlə tərəflər Xəzərin hüquqi statusu konvensiyası əsasında lazımi hüquqi müqavilə əsasının yaradılması üçün regionda əməkdaşlığı davam etdirəcəklər. Tərəflər 2003-cü ilin noyabrında Tehranda imzalanan Xəzərin ekologiyasına aid olan sənədin icrasına razılıqlarını bildiriblər. Tərəflər eləcə də konvensiyanın əsas müddəalarının tamamlanmasının lazımlılığını vurğulayıb, konvensiyanın daimi katibliyinin yaradılmasını xatırladırlar.
12. Tərəflər Xəzərin mənbələrindən faydalanmaq, bir-birlərinə və ekologiyaya dəyən ziyan müqabilində sahilyanı ölkələrin məsuliyyət daşıdıqlarını təsdiq edirlər.
13. Tərəflər bildirirlər ki, Xəzər ancaq sülh məqsədilə istifadə olunmalıdır və dənizə aid bütün məsələlər Xəzəryanı ölkələr tərəfindən sülh yolu ilə həll olunacaq. Tərəflər qarşılıqlı inam yaratmaq və möhkəmləndirmək üçün hövzənin təhlükəsizliyini və sabitliyini təmin etmək, eləcə də qarşılıqlı əlaqələrdə hərbi qüvvələrdən istifadə etməməyə çalışacaqlar.
14. Tərəflər təsdiq edirlər ki, onların silahlı qüvvələri hücum məqsədilə qarşı tərəf üçün istifadə olunmayacaq.
15. Tərəflər başqa ölkələrə öz ərazilərindən sahilyanı dövlətə qarşı hərbi əməliyyatlar aparılmasına imkan verməyəcəklər.
16. Tərəflər Xəzərin hüquqi statusu haqda müzakirələrin qarşılıqlı hörmət və anlaşma əsasında, beynəlxalq hüquq çərçivəsində davam etdirilməsini məqsədəuyğun hesab ediblər.
17. Tərəflər Xəzər regionunda sülh və əmin-amanlığın əhəmiyyətini nəzərə alaraq, bütün məsələlərin araşdırılması istiqamətində müzakirələrin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.
18. Tərəflər iqtisadi, siyasi, hüquqi sahələrdə bir neçə qütblü kamil və adil beynəlxalq sistemin yaradılması məqsədilə əməkdaşlığa çalışacaqlar.
19. Tərəflər “Nüvə silahlarının yaradılması və çoxaldılması müqaviləsi”ni beynəlxalq sülhün və əmin-amanlığın ən mühüm əsaslarından hesab edib, bu müqavilənin gələcəkdə də icrasını istəyirlər. Tərəflər, eləcə də, “Nüvə silahlarının yaradılması və çoxaldılması müqaviləsi”nə üzv olan ölkələrin nüvə enerjisindən sülh məqsədləri ilə istifadə, istehsal və tədqiqat aparmasını ayrı-seçkilik olmadan bu müqavilə çərçivəsində təsdiq etdilər.
20. Tərəflər hər bir ölkənin beynəlxalq hüquq normaları çərçivəsində inkişaf haqqının olmasını təsdiq edərək, sahilyanı ölkələrin mədəni, ictimai və tarixi dəyərlərini nəzərə alaraq, bir-birlərinin daxili işlərinə qarışmasını düzgün hesab etmirlər.
21. Tərəflər inanırlar ki, regionda sülhün və təhlükəsizliyin yaradılmasında əsas şərtlərdən biri kimi BMT-nin müvafiq konvensiyasına uyğun addımlar atılması məqsədəuyğundur.
22. Tərəflər beynəlxalq terrorizmi, separatizmi, narkotik, psixotrop maddələrin qanunsuz dövriyyəsi, insan alveri və silah satışı kimi qeyri-qanuni işlərin həyata keçirilməsini dünyaya təhdid hesab edirlər.
23. Tərəflər beynəlxalq terrorizmə, separatizm, narkotik, psixotrop maddələrin qanunsuz dövriyyəsinin, insan alveri və silah satışı kimi qeyri-qanuni işlərin qarşısının alınmasında BMT çərçivəsində və beynəlxalq hüquqa riayət edərək, öz ikitərəfli və çoxtərəfli əməkdaşlıqlarını təsdiq edirlər.
24. Tərəflər Tehranda keçirilən zirvə görüşünün nəticələrini alqışlayırlar. Sahilyanı ölkələr arasında əməkdaşlığı genişlənməsində hərtərəfli köməklik göstərəcəklərini bildirirlər.
25. Xəzəryanı ölkələrin prezidentlərinin növbəti iclası 2008-ci ilin oktyabrında Bakıda keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR