Bank Of Baku

Azərbaycan-NATO münasibətlərinə dair Azərbaycan tərəfinin hazırladığı xüsusi məruzə yüksək qiymətləndirilib

Azərbaycan-NATO münasibətlərinə dair Azərbaycan tərəfinin hazırladığı xüsusi məruzə yüksək qiymətləndirilib
# 16 oktyabr 2007 15:39 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında İslandiyada keçirilən sessiyada iştirak etmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin 1-ci vitse-spikeri Ziyafət Əsgərov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan tərəfindən təqdim olunan məruzədə ölkədə hərbi, siyasi, iqtisadi, sosial sahədə gedən islahatlar, o cümlədən enerji təhlükəsizliyi ilə bağlı məsələlər əksini tapıb. Z. Əsgərov NATO PA-nın prezidenti Joze Lelonun Azərbaycanda gedən islahatlardan razı qaldığını bildirdiyini deyib: “Onlar Azərbaycanda gedən islahatları hüquqi dövlət quruculuğu və Avroatlantik məkana inteqrasiya baxımdan əhəmiyyətli hesab edirlər”. Z. Əsgərov sessiyada, həmçinin, Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsində “Qafqazda İslam” adlı məruzənin müzakirə edildiyini bildirib: “Həmin məruzə Harvard Universitetinin professoru tərəfindən hazırlanmışdı. Məruzə olduqca ədalətli və obyektiv idi. Məruzədə belə bir fikir yer almışdı ki, Amerika və Avropa ölkələri dini tolerantlığın nə olduğunu bilmək istəyirlərsə, Azərbaycana getməlidir”. Nümayəndə heyətinin rəhbəri sessiyada Qara Dəniz regionunda “Dövlət və din münasibətləri” adlı məruzə ətrafında da müzakirələrin aparıldığını bildirib: “Həmin məruzənin müəllifi sessiyada iştirak edə bilmədiyindən həmin sənədin payız sessiyasında dinlənilməsi qərara alındı. Həmin məruzənin müəyyən hissələrinə Ermənistan nümayəndə heyəti tərəfdən etiraz edildi. Məruzədə Ermənistanda bir nəfər də olsun azərbaycanlının yaşamadığı faktı əksini tapıb”. Z. Əsgərov Ermənistan nümayəndə heyətinin bu məsələyə etiraz edərək hazırda ölkələrində İrandan gələn 1000-2000-dək azərbaycanlının yaşadığını iddia etdiklərini deyib: “Biz isə onların etirazlarına münasibət bildirərək, bu gün İranla Ermənistanın çox yaxın müttəfiq olduğunu, İrandan bu ölkəyə gələn şəxslərin azərbaycanlı adı ilə təqdim edilməsinin düzgün olmadığını bildirdik. Biz azərbaycanlıların Ermənistandan kütləvi şəkildə deportasiya olunduğunu xatırladaraq bu məsələlərə aydınlıq gətirdik”. Z. Əsgərov, həmçinin NATO PA-nın prezidenti J. Lelo ilə görüşdüyünü, onu Azərbaycana dəvət etdiyini bildirib: “O isə bu səfərin mümkün vaxtda həyata keçirəcəyini söylədi”. Z. Əsgərov eyni zamanda, sessiyada NATO PA-nın 2008-ci ilin martında təşkil olunacaq “Rouz-Rout” seminarının Bakıda keçirilməsinin qərara alındığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR