Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev: “Qarşılıqlı anlaşma şəraitində keçdiyinə görə Tehran sammitinin nəticələri ümidverici hesab olunmalıdır”

Azərbaycan prezidenti İlham Əliyev: “Qarşılıqlı anlaşma şəraitində keçdiyinə görə Tehran sammitinin nəticələri ümidverici hesab olunmalıdır”
# 16 oktyabr 2007 16:07 (UTC +04:00)
APA-nın sammitin işini izləyən əməkdaşının verdiyi məlumata görə, Tehranda keçirilən mətbuat konfransında çıxış edən prezident İlham Əliyev dövlət başçılarının iştirakı ilə keçirilən sammitin yekunlarını belə dəyərləndirib. O, Tehran sammitinin dostluq mühiti və qarşılıqlı anlaşma şəraitində keçdiyini bildirib: “Bu səbəbdən sammitin nəticələri ümidverici hesab olunmalıdır. Bu onu göstərir ki, Xəzərin hüquqi statusu məsələsi müvəffəqiyyətlə həll olunacaq. Sammitin bəyannaməsi bu tədbirin ən uğurlu nailiyyətidir. Bəyannamə sahilyanı ölkələrin bir sıra məsələlərə dair mövqelərini özündə əks etdirir”. Sammitdə “Şimal-Cənub” dəhlizi məsələsinin də müzakirə olunduğunu deyən prezident Azərbaycanın bu nəqliyyat dəhlizinin reallaşmasında maraqlı olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR