Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev İrandan Naxçıvan Muxtar Respublikasına gəlib

Azərbaycan prezidenti İlham Əliyev İrandan Naxçıvan Muxtar Respublikasına gəlib
# 16 oktyabr 2007 17:12 (UTC +04:00)
APA-nın Naxçıvan bürosunun xəbərinə görə, prezidentin hava limanından birbaşa Naxçıvan şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkına gəlməsi gözlənilir. Burada o, musiqili fəvvarənin açılış mərasiminə qatılacaq.
Qeyd edək ki, İlham Əliyev Naxçıvana səfəri çərçivəsində sabah Azərbaycan-İran sərhədində yerləşən Şahtaxtı-Poldəşt körpüsünün açılış mərasiminə qatılacaq. Tədbirdə İranın I vitse-prezidenti Pərviz Davudi də iştirak edəcək. Bundan başqa, İlham Əliyev 14 saylı Naxçıvan şəhər orta məktəbinin, Naxçıvan Dövlət Universitetinin Konservatoriyasının və Şərur rayonunda yeni xəstəxana binasının açılış mərasiminə qatılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR