Bank Of Baku

ABŞ Konqresinin daha 7 üzvü qondarma” erməni soyqırımı” ilə bağlı sənədi dəstəkləməkdən imtina edib

ABŞ Konqresinin daha 7 üzvü qondarma” erməni soyqırımı” ilə bağlı sənədi dəstəkləməkdən imtina edib
# 16 oktyabr 2007 22:21 (UTC +04:00)
Bunlar Karolayn Kilpatrik (Miçiqan), Marion Berry (Arizona), Sanford Bishop (Corciya), Linkoln Davis (Tennesi), Allen Boyd (Florida) və Valli Hergerdir (Kaliforniaya). Bununla da qondarma “erməni soyqırımı” ilə bağlı sənədi dəstəkləməkdən imtina edən konqresmenlərin sayı 17-yə yüksəlib.
Hazırda Azərbaycan və türk diaspor təşkilatları konqresmenlər arasında bu istiqamətdə maarifləndirmə işini davam etdirirlər. Qeyd edək ki, ABŞ Konqresinin aşağı palatasının xarici əlaqələr komitəsi “erməni soyqırımı”nın tanınmasına dair qanun layihəsini qəbul edib. Səsvermə zamanı 27 konqresmen layihənin lehinə, 21 nəfər isə əleyhinə səs verib. Qanun layihəsi yaxın 1 ay ərzində Konqresin aşağı palatasında səsverməyə çıxarılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR