Bank Of Baku

Ziyafət Əsgərov: “Vəhhabilərin fəaliyyətini dövlət üçün təhlükə hesab etmirəm”

Ziyafət Əsgərov: “Vəhhabilərin fəaliyyətini dövlət üçün təhlükə hesab etmirəm”
# 17 oktyabr 2007 08:28 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Milli Məclisin I vitse-spikeri, Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının sədri Ziyafət Əsgərov vəhhabilərin Azərbaycandakı fəaliyyəti və son vaxtlar hüquq-mühafizə orqanları tərəfindən onlardan qanunsuz silah-sursatın aşkar edilməsi faktına münasibət bildirərkən deyib. Bu cür halların ara-sıra baş verdiyini bildirən Z. Əsgərovun sözlərinə görə, ölkənin təhlükəsizliyi aidiyyəti qurumlar tərəfindən qorunur: “Nə qədər belə hallar baş versə də, heç bir nəticəsi ola bilməz. Heydər Əliyev Azərbaycan dövlətinin fundamentini 12 ballıq zəlzələyə hesablayıb. Azərbaycanda əmin-amanlıq, sabitlik var və bu, qorunub saxlanacaq. Vəhhabilərin fəaliyyətini dövlət üçün heç bir təhlükə hesab etmirəm. Ara-sıra belə hallar baş verir, onlar da öz cəzalarına çatırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR