Bank Of Baku

Azərbaycan Milli Məclisinin deputatı Belqrada gedib

Azərbaycan Milli Məclisinin deputatı Belqrada gedib
# 17 oktyabr 2007 08:30 (UTC +04:00)
Bu gün Milli Məclisin deputatı Asəf Hacıyev Serbiyanın paytaxtı Belqrada gedib. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Azərbaycan nümayəndə heyətinin rəhbəri A. Hacıyev həmin qurumun Hüquqi və Siyasi məsələlər üzrə komitəsinin iki günlük iclasında iştirak edəcək. Tədbirdə qlobal iqlim dəyişikliyinin QDİƏT ölkələrinə təsiri barədə müzakirələr aparılacaq, “Avropa İttifaqı ilə münasibətlərin inkişafında QDİƏT PM-ə üzv ölkələrin milli parlamentlərinin rolu”na dair məsələ ilə əlaqədar Azərbaycan Milli Məclisinin hesabatı təqdim ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR