Bank Of Baku

Polşa İqtisadiyyat Nazirliyi: “Azərbaycan Polşa üçün vacib partnyordur”

Polşa İqtisadiyyat Nazirliyi: “Azərbaycan Polşa üçün vacib partnyordur”
# 17 oktyabr 2007 08:35 (UTC +04:00)
Azərbaycan Polşa üçün vacib partnyordur. APA-nın məlumatına görə, bunu Azərbaycan jurnalistləri ilə görüşdə Polşa İqtisadiyyat Nazirliyinin beynəlxalq əlaqələr departamentinin direktor müavini Eljveta Vodio deyib. O hesab edir ki, Polşa Azərbaycanın intensiv inkişafından, Azərbaycan isə Polşanın imkanlarından tam istifadə etmir. Hazırda Polşadan Azərbaycana idxal 70 mln. dollar, Azərbaycandan Polşaya ixrac 6,5 mln. dollar təşkil edir. Polşanın MDB ölkələrinə idxal əməliyyatlarında Azərbaycanın payı heç 1% də təşkil etmir.
Noyabrın 7-8 Bakıda Polşa Milli Sərgisinin keçiriləcəyinin deyən E. Vodio bildirib ki, bu sərgi əvvəlkilərdən geniş olacaq. Burada kənd təsərrüfatı mallarından ibarət böyük stend olacaq, dequstasiyalar aparılacaq. Azərbaycan ÜTT-yə üzvlüyünü dəstəklədiklərini deyən direktor müavini bildirib ki, Polşa Azərbaycanda bir sıra layihələr həyata keçirəcək: “Həmin layihələr kənd təsərrüfatı, fito-sanitar nəzarət və aqrar subsidiyalar sahələrinə aiddir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR