Bank Of Baku

Ziyafət Əsgərov DSK üzvləri üçün “Azərbaycan Respublikası Konstitusiyası ilə verilən seçki hüquqlarının həyata keçirilməsi. Seçki Məcəlləsi: əsas anlayışlar və prinsiplər” mövzusunda mühazirə deyib

Ziyafət Əsgərov DSK üzvləri üçün “Azərbaycan Respublikası Konstitusiyası ilə verilən seçki hüquqlarının həyata keçirilməsi. Seçki Məcəlləsi: əsas anlayışlar və prinsiplər” mövzusunda mühazirə deyib
# 17 oktyabr 2007 08:46 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) Dairə Seçki Komissiyalarının (DSK) üzvləri üçün təşkil etdiyi kurslar bu gün davam edib. APA-nın məlumatına görə, bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının sədri Ziyafət Əsgərov DSK üzvləri üçün “Azərbaycan Respublikası Konstitusiyası ilə verilən seçki hüquqlarının həyata keçirilməsi. Seçki Məcəlləsi: əsas anlayışlar və prinsiplər” mövzusunda mühazirə deyib. Komissiya sədri vətəndaşların seçki hüquqları və həmçinin seçki komissiyaları üzvlərinin seçki prosesində atmalı olduğu addımlarla bağlı geniş məlumat verib. MSK üzvü Qabil Orucov eyni mövzuda kurs iştirakçıları üçün seminar keçirib. MSK-nın digər üzvü Fuad Cavadov isə seçici siyahıları ilə bağlı məruzə ilə çıxış edib.
Qeyd edək ki, 4 qrupa bölünmüş DSK üzvlərinin birinci qrupu üçün kurs oktyabrın 20-nə kimi davam edəcək. Kurslar ölkə prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR