Bank Of Baku

Fransada “Xəzər nefti və Azərbaycanın xarici siyasəti: Azərbaycan arqumentlərinin təhlili” adlı kitab çapdan çıxıb

Fransada “Xəzər nefti və Azərbaycanın xarici siyasəti: Azərbaycan arqumentlərinin təhlili” adlı kitab çapdan çıxıb
# 17 oktyabr 2007 08:46 (UTC +04:00)
Fransada Azərbaycan haqqında kitab dərc olunub. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, Fransanın Harmattan nəşriyyatında “Xəzər nefti və Azərbaycanın xarici siyasəti: Azərbaycan arqumentlərinin təhlili” adlı kitab çapdan çıxıb. Kitabın müəllifi soydaşımız, Fransanın Sarbonna Universitetinin beynəlxalq münasibətlər üzrə doktoranturasını başa vurmuş Turab Qurbanovdur. 608 səhifədən ibarət olan kitab müəllifin doktorluq dissertasiyasını özündə əks etdirir və iki cilddən ibarətdir. Kitabın birinci cildi Xəzər neftinin iqtisadi və hüquqi məsələlərinə, ikinci cildi isə bütünlüklə Xəzər regionunun geosiyasi məsələlərinə həsr edilib. Eyni zamanda kitabın 100 səhifəsində Qarabağ münaqişəsindən söz açılır. Qeyd edək ki, T. Qurbanov Türkiyənin Mərmərə Universitetinin dövlət idarəçilik fakültəsini bu fakültənin tarixində ən yüksək nəticə ilə bitirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR