Bank Of Baku

Vaqif Sadıqov Bundestaqın Almaniya-Cənubi Qafqaz qrupunun üzvlərini qəbul edib

Vaqif Sadıqov Bundestaqın Almaniya-Cənubi Qafqaz qrupunun üzvlərini qəbul edib
# 17 oktyabr 2007 08:51 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov Bundestaqın Almaniya-Cənubi Qafqaz qrupunun üzvlərini qəbul edib. XIN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, alman millət vəkilləri Azərbaycana səfərdən məmnun olduqlarını bildirərək 8 nəfərdən ibarət nümayəndə heyətinin müxtəlif komitələri təmsil etdiyini diqqətə çatdırıblar. Onlar Azərbaycanın Avropa Qonşuluq Siyasətindən gözlədiyi nəticələr, regional əməkdaşlıqda iştirakı, Azərbaycan-Almaniya ikitərəfli münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə maraqlanıblar. V. Sadıqov isə Azərbaycanın Almaniya ilə münasibətlərinin bütün sahələri əhatə etdiyini, bu əməkdaşlığın daha da inkişafının zəruri olduğunu vurğulayıb. O, gələn ilin Almaniyada Azərbaycan ili kimi qeyd olunacağını, keçiriləcək tədbirlər vasitəsilə alman ictimaiyyətinin Azərbaycan haqqında geniş məlumatlanacağını söyləyib. Avropa və avroatlantik strukturlara inteqrasiyanın Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biri olduğunu söyləyən nazir müavini bu inteqrasiya siyasəti daxilində aparılan islahatların vacibliyini vurğulayıb. Tərəflər Azərbaycan və Almaniya arasında humanitar əməkdaşlığın, o cümlədən təhsil və elmi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi, tələbə mübadiləsinin genişləndirilməsi, iki ölkə arasında viza rejiminin tətbiqi məsələlərini də müzakirə ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR