Bank Of Baku

Azərbaycan Kommunist Partiyasının Təşkilat Komitəsi respublika ictimaiyyətinə müraciət edib

Azərbaycan Kommunist Partiyasının Təşkilat Komitəsi respublika ictimaiyyətinə müraciət edib
# 17 oktyabr 2007 09:15 (UTC +04:00)
Rauf Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyası Təşkilat Komitəsinin (AKP TK) toplantısı keçirilib. AKP TK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda təşkilati məsələlərə baxılıb və Rüstəm Şahsuvarovun AKP adından danışmasının qeyri-qanuni olduğu qeyd olunub. AKP TK-ya yeni daxil olan 37 şəhər-rayon komitələrinin siyahısı açıqlanıb.
Toplantıda AKP TK-nın R. Şahsuvarovun rəhbərlik etdiyi AKP-nin keçirdiyi qurultayla bağlı respublika ictimaiyyətinə müraciəti qəbul edilib. Müraciətdə bildirilib ki, 14 oktyabr 2007-ci ildə AKP-ni kənardan hazırlanan ssenari əsasında daxildən parçalamağa istiqamətlənən və qurultay adlandırılan toplantı keçirilib. Nəticədə partiyanın sədri Ramiz Əhmədovun vəfatından istifadə edərək, AKP-nin 37-ci “qurultayını” çağırıb, əvvəllər Hatəminin rəhbərlik etdiyi “Qızılbaşlar” hərəkatının fəal üzvlərindən olan, sonralar isə Sosial Demokrat Partiyasının sıralarından ifşa olunaraq qovulan, 2002-ci ildə maraqlı qüvvələr vasitəsi ilə AKP sıralarına soxulan Rüstəm Şahsuvarov AKP-nin sədri seçilib. Müraciətdə qeyd olunub ki, qurultay adı ilə keçirilən toplantı qeyri-qanuni olduğundan, bu qurumun da fəaliyyətinə şübhə ilə yanaşılmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR