Bank Of Baku

YAP İlham Əliyevin prezident seçilməsinin 4 illiyi ilə bağlı dəyirmi masa keçirib

YAP İlham Əliyevin prezident seçilməsinin 4 illiyi ilə bağlı dəyirmi masa keçirib
# 17 oktyabr 2007 11:00 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezident seçilməsinin 4 illiyi ilə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov 4 il ərzində Azərbaycanda böyük nailiyyətlər əldə olunduğunu deyib. O bildirib ki, 90-cı illərin əvvəllərində Azərbaycanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik olsa da, artıq bu, aradan qaldırılıb. Millət vəkili Nizami Xudiyev isə məruzə ilə çıxış edərək İ. Əliyevin hakimiyyətdə olduğu müddətdə əldə edilmiş uğurları tezis şəklində toplantı iştirakçılarının diqqətinə çatdırıb, bu müddətdə regional sosial-iqtisadi inkişafın sürətləndiyini, yoxsulluğun səviyyəsinin 20 faizə endirildiyini, 570 min yeni iş yeri açıldığını, məşğulluğun səviyyəsinin artdığını qeyd edib. Millət vəkili Gültəkin Hacıyeva son 4 ildə Azərbaycanın həm Avropa, həm də islam ölkələri ilə inteqrasiyasının gücləndiyini söyləyib. Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu ölkənin başında duran şəxslərin Azərbaycanı düzgün istiqamətləndirməsini arzu etdiyini deyib. Onun sözlərinə görə, İ. Əliyevin hakimiyyətdə olduğu müddətdə Qərbə inteqrasiya güclənib, MDB-də Azərbaycanın yeri möhkəmlənib, Dağlıq Qarabağ problemi ilə bağlı qeyri-müəyyənlik aradan qalxıb: “Artıq problemin Azərbaycanın xeyrinə həll olunacağı fikri ictimai şüurda möhkəmlənib”. Tədbirdə Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov da mövzu ətrafında çıxış ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR