Bank Of Baku

Əli Əhmədov: “YAP öz namizədini prezident seçkilərinə start veriləndə irəli sürəcək”

Əli Əhmədov: “YAP öz namizədini prezident seçkilərinə start veriləndə irəli sürəcək”
# 17 oktyabr 2007 11:22 (UTC +04:00)
“2008-ci il prezident seçkiləri rəsmi şəkildə elan edildikdə Yeni Azərbaycan Partiyası qanunvericilikdə nəzərdə tutulmuş şəkildə öz namizədini irəli sürəcək”. APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov söyləyib. YAP-ın namizədinin artıq müəyyən olduğunu bildirən sədr müavini başqa seçimin mümkün olmadığını qeyd edib: “İlham Əliyev YAP-ın sədri və prezident olaraq 4 il ərzində Azərbaycanda hər kəsə məlum olan dinamik inkişafın müəllifidir. Təbii ki, biz prezident postuna İlham Əliyevin namizədliyini irəli sürəcəyik. Azərbaycan vətəndaşları da arzu edirlər ki, onun prezidentliyi növbəti 5 il ərzində də davam etsin. Bunun da alternativsiz yolu 2008-ci il seçkilərində insanların İlham Əliyevin namizədliyinə səs verməsidir”. Ə. Əhmədovun sözlərinə görə, YAP seçki kampaniyasını demokratik dəyərlərə və qanuna uyğun olaraq həyata keçirilməsini təmin edəcək: “Bunun üçün YAP-ın kifayət qədər resursları, ictimai dəstəyi var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR