Bank Of Baku

ATƏT-in parlament konfranslarından biri Bakıda keçirilə bilər

ATƏT-in parlament konfranslarından biri Bakıda keçirilə bilər
# 17 oktyabr 2007 11:50 (UTC +04:00)
2009-cu ildə ATƏT-in parlament konfranslarından birinin Bakıda keçiriləcəyi gözlənilir. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətini rəhbəri Bahar Muradova bildirib. Onun sözlərinə görə, yaz-payız fəsillərində ATƏT üzvü olan ölkələrinin hər dəfə birində parlament konfransları keçirilir: “Belə konfranslardan birinin Azərbaycanda keçirilməsi təklif edilib. Bu, xüsusilə enerji təhlükəsizliyi mövzusuna həsr olunmuş konfransla bağlıdır. Bu istiqamətdə ilkin danışıqlar gedir və assambleyanın rəhbəri Qoran Lenmarkerin razılığı var. Amma konkret qərar olmadığı üçün dəqiq vaxt bilinmir. Ehtimal edirik ki, 2009-cu ildə bu konfransı Bakıda keçirmək mümkün olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR