Bank Of Baku

Əli Əhmədov: “ABŞ Konqresində qəbul olunan qərar Türkiyənin inkişafına əngəl törədə bilməz”

Əli Əhmədov: “ABŞ Konqresində qəbul olunan qərar Türkiyənin inkişafına əngəl törədə bilməz”
# 17 oktyabr 2007 11:51 (UTC +04:00)
“Yeni Azərbaycan Partiyası ABŞ Konqresinin erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərardan təəssüflənir”. APA-nın məlumatına görə, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bu qərara səs vermiş amerikalı konqresmenlərin böyük bir haqsızlığa yol verdiklərini deyib. Bunun təkcə Türkiyəyə qarşı yönəlmiş ədalətsizlik olmadığını bildirən Ə. Əhmədov hesab edir ki, bu daha böyük coğrafiyanı əhatə edən toplumlara qarşı atılan addımdır: “İnanmaq istəyirəm ki, belə ədalətsizliyin qarşısını almaq üçün Amerikada daha güclü addımlar atılacaq. Bu, dünyada bəlkə də real görünməyən, hətta müəyyən dərəcədə utopik elementləri özündə əks etdirən ağalıq cəhdlərini ifadə edən addımdır ki, bunun da qarşısını almaq üçün səyləri daha da artırmağa ehtiyac var”. Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qondarma “erməni soyqırımı” haqqında qanun qəbul edilməsini faciəyə çevirmək üçün əsas olmadığını da bildirən Ə. Əhmədov belə bir qərarın qəbul olunmasını dostluğa, əməkdaşlığa hörmətsizlik kimi qiymətləndirib: “Türkiyə dünyada mövqeyi, gücü olan dövlətdir və bu qərar Türkiyənin mövqeyinə, inkişafına əngəl törədə bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR