Bank Of Baku

BMT baş katibi Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü ilə bağlı dünya ölkələrinə müraciət edib

BMT baş katibi Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü ilə bağlı dünya ölkələrinə müraciət edib
# 17 oktyabr 2007 12:16 (UTC +04:00)
BMT-nin baş katibi 17 oktyabr - Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü ilə bağlı dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə bildirilir ki, artıq dünyada gündəlik gəliri 1 ABŞ dollarından aşağı olan insanların sayı azalıb. Lakin bəzi regionlar, xüsusilə Afrikanın Böyük Səhradan (Sahara) cənubda yerləşən ərazisində Minilliyin İnkişaf Məqsədlərinə tam nail olmaq mümkün deyil: “Bizim məqsədimiz bu nöqsanları aradan qaldırmaqdır. Bu beynəlxalq günün builki mövzusuna əsasən biz yoxsulluq şəraitində yaşayan insanlara dəyişikliklər bələdçiləri kimi baxmalıyıq. Bunun üçün biz hökumətləri inkişaf strategiyalarının həyata keçirilməsində məsuliyyəti öz üzərinə götürməyə həvəsləndirməliyik. Bu, vətəndaşlardan siyasətin formalaşdırılmasında fəal iştirak etməyi, hökumətlərdən isə Minilliyin Məqsədlərinə çatmaq istiqamətində göstərdiyi səylərə görə vətəndaşları qarşısında daha məsuliyyətli olmağı tələb edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR