Bank Of Baku

Siyavuş Novruzov: “Müsavat Partiyasının prezident seçkilərində iştirakla bağlı qərarı normal qərardır”

Siyavuş Novruzov: “Müsavat Partiyasının prezident seçkilərində iştirakla bağlı qərarı normal qərardır”
# 17 oktyabr 2007 12:40 (UTC +04:00)
“Müsavat Partiyasının prezident seçkilərində iştirakla bağlı qərarı normal qərardır, çünki siyasi partiya seçkilərdə iştirak edib mübarizə aparmaq üçün yaradılır. Onlar da bilirlər ki, bu seçkidə heç bir nailyyətləri olmayacaq. Buna baxmayaraq, seçkidə iştirakın özü də bir təkmilləşmə, üzvlərin səfərbər olması, gücün yoxlanmasıdır”. APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov söyləyib. Müsavat Partiyasının bu qərarı qəbul etməsi ilə hakimiyyətin mövqelərini daha da güclənməsi barədə səslənən fikirlərə gəldikdə, S. Novruzov bunu doğru hesab etmir. Onun fikrincə, dünyanın heç bir yerində müxalifətin iştirak etmədiyi seçkilər qeyri-demokratik sayılmır: “Təkcə Azərbaycanda deyirlər ki, müxalifət iştirak etməsə, seçki demokratik olmayacaq. Bir neçə gün əvvəl NATO Parlament Assambleyasının prezidenti alternativsiz seçildi. Ən demokratik təşkilatlardan biri NATO-dursa, həmin təşkilatın sədri alternativ olmadan seçkiyə getdi. Bu müxalifət partiyalarının Azərbaycan cəmiyyətinə sırımaq istədikləri bir məsələdir ki, guya kimsə iştirak etməsə, seçki alınmayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR