Bank Of Baku

“Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib

“Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib
# 17 oktyabr 2007 13:46 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə yerli və xarici QHT-lərin nümayəndələri, həmçinin Prezidentin İcra Aparatının şöbə müdirləri Əli Həsənov, Fuad Ələsgərov, Milli Məclisin üzvü Hadı Rəcəbli və digər şəxslər iştirak ediblər. Konsepsiya barədə məlumat verən Əli Həsənov bildirib ki, 27 iyul 2007-ci ildə Azərbaycan prezidenti İlham Əliyev QHT-lərə dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Bu sərəncamla Azərbaycan dövlətinin artan imkanlarının bir hissəsi vətəndaş təşəbbüslərinin dəstəklənməsinə yönəlməlidir.
Konsepsiyanın müəlliflərindən Fuad Ələsgərov qeyd edib ki, bu sənəd yeni münasibətlər modelinin formalaşdırılması kimi qiymətləndirilə bilər: “Konsepsiyada vətəndaş təşəbbüslərinin artması, QHT-lərin sosial əhəmiyyəti və onların problemlərin həllinə cəlb edilməsi nəzərdə tutulur. Bu sənədlə QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması barədə deyilənlərin heç bir əsası yoxdur. Sadəcə, indiyədək dövlətin imkanı olmadığına görə qanunun QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi haqda müddəası işləməyib”. QHT-lərin fəaliyyətini koordinasiya edəcək dövlət orqanının yaradılmasına toxunan F.Ələsgərov deyib ki, bu təşkilat QHT-lərin fəaliyyəti ilə bağlı təhlillər aparacaq, QHT-lər və dövlət orqanları arasında münasibətləri tənzimləyəcək.
Daha sonra konsepsiya ətrafında müzakirələr davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR