Bank Of Baku

QHT-lərə dövlət dəstəyinə dair yardım konsepsiyası barədə təkliflər gələn ayın sonuna kimi prezidentə təqdim olunacaq

QHT-lərə dövlət dəstəyinə dair yardım konsepsiyası barədə təkliflər gələn ayın sonuna kimi prezidentə təqdim olunacaq
# 17 oktyabr 2007 15:14 (UTC +04:00)
“Prezidentin İcra Aparatı bu il noyabrın 29-dək qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi yardım konsepsiyası ilə bağlı təklifləri Azərbaycan prezidentinə təqdim etməlidir”. APA-nın məlumatına görə, bu fikirləri Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, bu sahədə təcrübəsi olan təşkilatların fikirləri öyrənilir, təklifləri dəyərləndirilir: “Yaradılacaq qurumla, fondla və gələcəkdə qrantların paylanması ilə bağlı təkliflər ölkə başçısına təqdim ediləcək. Bu gün keçirilən dəyirmi masada bütün sahələr müzakirə olundu, təkliflər irəli sürüldü”. Ə. Həsənov QHT-lərlə bağlı yaradılacaq qurumun komitə şəklində fəaliyyət göstərməyəcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR