Bank Of Baku

Prezident Aparatının şöbə müdiri Azərbaycanda seçkiləri daxili işlər orqanlarının keçirməsinə ehtiyac görmür

Prezident Aparatının şöbə müdiri Azərbaycanda seçkiləri daxili işlər orqanlarının keçirməsinə ehtiyac görmür
# 17 oktyabr 2007 15:33 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı Prezident Aparatı hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov verib. F. Ələsgərov bildirib ki, qurumun iclaslarının 1-2 ay baş tutmaması onun fəaliyyətsiz olması demək deyil: “Qrupun katibi var, materiallar toplanır. Biz təkliflərə yalnız humanizm prizmasından yanaşırıq. Yəni, biz hökmü olduğu kimi qəbul edirik. Hansısa şəraitin dəyişməsi, ailə vəziyyəti, cəzanın bir hissəsinin çəkilməsi və s. məsələlər nəzərə alındıqdan sonra şikayətlərlə bağlı Əfv Komissiyasına müraciət edilə bilər”. F. Ələsgərov bəzi siyasi partiyaların Azərbaycanda seçkiləri daxili işlər orqanlarının keçirməsi ilə bağlı təklifinə də münasibət bildirib. Şöbə müdiri deyib ki, Azərbaycanda Seçki Məcəlləsi, formalaşmış Mərkəzi Seçki Komissiyası var, yerli seçki orqanları yaradılıb: “Hesab edirəm ki, bu qurumlar səmərəli fəaliyyət göstərir, ona görə belə bir dəyişikliyə ehtiyac yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR