Bank Of Baku

Avropa İttifaqının Cənubi Qafqaz regionunda xüsusi nümayəndəsi Piter Semnebi sabah Azərbaycana gəlir

Avropa İttifaqının Cənubi Qafqaz regionunda xüsusi nümayəndəsi Piter Semnebi sabah Azərbaycana gəlir
# 17 oktyabr 2007 15:43 (UTC +04:00)
Bu barədə APA-ya açıqlama verən Piter Semnebi səfərin iki gün davam edəcəyini bildirib. Səfərdə məqsəd ölkədə mülki cəmiyyət institutlarının vəziyyəti ilə tanış olmaq, QHT təmsilçiləri, hüquq müdafiəçiləri, politoloqlarla görüşməkdir. Piter Semnebi həmçinin səfər çərçivəsində rəsmi şəxslərlə də görüşəcəyini bildirib: “Səfər qısa müddət üçün nəzərdə tutulduğundan media nümayəndələri ilə görüşə bilməyəcəyəm. Hələlik Dağlıq Qarabağa səfərin vaxtı və marşrutu dəqiqləşməyib. Ola bilər ki, mən bu barədə Bakıya səfərimdən sonra dəqiq nə isə deyə bildim”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR