Bank Of Baku

DSK sədrləri Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

DSK sədrləri Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
# 17 oktyabr 2007 15:44 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunmuş kurslarda iştirak edən Dairə Seçki Komissiyalarının (DSK) sədrləri bu gün Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevlə görüş keçiriblər. APA-nın məlumatına görə, görüşdə F. Abdullayev seçki prosesi ilə bağlı konstitusion tələbləri DSK sədrlərini diqqətinə çatdırıb. Vaxtilə özünün də Mərkəzi Seçki Komissiyasının üzvü olduğunu xatırladan F. Abdullayev insanlarla işləməyin həddindən artıq çətin olduğunu qeyd edib. Burada birinci məsələnin təcrübə olduğunu vurğulayan Konstitusiya Məhkəməsinin sədri rəhbərlik etdiyi qurumun da seçkilərlə bağlı qərarlar qəbul etdiyini deyib: “Bir sıra ölkələrdə seçkinin nəticələri sadəcə MSK tərəfindən elan edilir. Azərbaycanda isə son qərarı Konstitusiya Məhkəməsi verir. Ona görə biz də komissiyalarla əməkdaşlıq edən qurumlardan hesab olunuruq”. F. Abdullayev Azərbaycanın Avropaya inteqrasiyası, Avropa Konvensiyasının müddəalarına əməl edilməsi, Seçki Məcəlləsi və digər məsələlərlə bağlı öz fikirlərini komissiya üzvlərinin diqqətinə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR