Bank Of Baku

Estoniyanın xarici işlər naziri oktyabrın 28-də Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri oktyabrın 28-də Azərbaycana səfər edəcək
# 17 oktyabr 2007 15:51 (UTC +04:00)
Bu barədə APA-ya Estoniyanın Türkiyə və Azərbaycanda akkreditə olunmuş səfirliyinin birinci katibi Qrovinas Pakranas məlumat verib. Oktyabrın 31-nə kimi davam edəcək səfər çərçivəsində Urmas Paoet Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, baş nazir Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşəcək. Görüşlərdə hər iki ölkədə səfirliklərin açılması əsas müzakirə mövzularından biri olacaq. Bundan başqa Estoniya xarici siyasət idarəsinin rəhbəri Bakıda iki ölkə arasında energetika, telekommunikasiyalar, tikinti, ağır sənaye sahəsində əməkdaşlıq və birgə layihələr həyata keçirmək məsələlərini müzakirə etmək niyyətindədir. Qeyd edək ki, oktyabrın 28-də Bakıda Azərbaycan-Estoniya biznes-forumu keçiriləcək. Biznes-foruma Estoniyadan 30-dan artıq şirkətin nümayəndəsinin qatılması gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR