Bank Of Baku

VİP prezident seçkiləri ilə bağlı mövqeyini Məclisin iclasında müəyyən edəcək

VİP prezident seçkiləri ilə bağlı mövqeyini Məclisin iclasında müəyyən edəcək
# 17 oktyabr 2007 16:11 (UTC +04:00)
Bu gün Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda oktyabrın 28-də Məclisin yığıncağının keçirilməsi qərara alınıb. Məclisdə partiyanın dövlət qeydiyyatına alınmasından sonra qarşıda duran vəzifələr və 2008-ci il prezident seçkilərində iştirakla bağlı müzakirələr aparılması nəzərdə tutulub. VİP sədrinin müavini Əflatun Quliyevin sözlərinə görə, Məclisdə seçkilərlə bağlı ümumi mövqe aydınlaşacaq, konkret qərar isə fevralda keçiriləcək iclasda qəbul olunacaq: “Biz Seçki Məcəlləsinə dəyişiklik edildikdən sonra seçkilərə qatılmağın tərəfdaryıq. “Azadlıq” blokundan fərqli qərar qəbul etmək fikrimiz yoxdur və buna görə də blokun mövqeyi nəzərə alınacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR