Bank Of Baku

Müsavat Partiyası bayram mitinqini təxirə salıb

Müsavat Partiyası bayram mitinqini təxirə salıb
# 17 oktyabr 2007 16:19 (UTC +04:00)
Müsavat Partiyası 18 oktyabr - Müstəqillik Günü ilə bağlı sabaha təyin etdiyi bayram mitinqini təxirə salıb. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) aksiya ilə bağlı müraciətə mənfi cavab verməsindən sonra məsələ partiyanın rəhbərliyində müzakirə edilib: “Biz bayram günü hər hansı qarşıdurmanın olmaması üçün aksiyanı təxirə saldıq”. Şəhər rəhbərliyinin cavabının qeyri-qanuni olduğunu bildirən A. Hacılı bununla bağlı məhkəməyə müraciət olunacağını istisna etməyib: “Şəhər rəhbərliyi həmin ərazinin dövlət binalarına yaxın olduğunu əsas gətirib. Amma Qoşa Qala qapısının qarşısındakı meydanda dəfələrlə bayram tədbirləri keçirilib, biz də belə bir tədbir planlaşdırmışdıq”.
Qeyd edək ki, Müsavat Partiyası Müstəqillik Günü ilə bağlı oktyabrın 18-də Qoşa Qala qapısının qarşısında bayram mitinqi keçirmək üçün şəhər rəhbərliyinə müraciət etmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR