Bank Of Baku

Müsavat Partiyası Müstəqillik Günü ilə bağlı tədbir keçirib

Müsavat Partiyası Müstəqillik Günü ilə bağlı tədbir keçirib
# 17 oktyabr 2007 16:27 (UTC +04:00)
18 Oktyabr Müstəqillik Günü ilə bağlı bu gün Müsavat Partiyasının qərargahında toplantı keçirilib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, tədbirdə müxalifətyönlü partiyaların təmsilçiləri, araşdırmaçılar, millət vəkilləri və Müsavat rəhbərliyi iştirak edib. AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli, millət vəkili Pənah Hüseyn çıxışlarında müstəqillik aktının imzalanması ərəfəsində Azərbaycandakı vəziyyət haqqında danışıblar. Çıxışçılar Müstəqillik Gününün iş günü elan olunmasına etiraz edib, parlamentin bu qanuna dəyişiklik etməsini vacib sayıblar. Onlar 18 Oktyabrın rəsmi olaraq istirahət günü elan edilməsini tələb ediblər. Toplantı iştirakçıları Milli Azadlıq Hərəkatının keçdiyi yolla bağlı da xatirələrini bölüşüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR