Bank Of Baku

Amerikalı konqresmen Tim Ryan ABŞ-Azərbaycan işçi qrupuna üzv olub

Amerikalı konqresmen Tim Ryan ABŞ-Azərbaycan işçi qrupuna üzv olub
# 18 oktyabr 2007 07:48 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-nın ABŞ bürosuna verilən məlumata görə, 34 yaşlı konqresmen Nümayəndələr Palatasına Ohayo ştatının 17-ci dairəsindən üzv seçilib. Demokrat Partiyasının üzvü olan Tim Ryan Nümayəndələr Palatasının iki komitəsində - əmək, sağlamlıq və təhsil alt komitəsi və enerji və su məsələləri alt komitəsində təmsil olunur. Qeyd edək ki, Tim Ryan bu il Konqresdəki ABŞ-Azərbaycan işçi qrupuna daxil olan sayca 8-ci konqresmendir. Hazırda bu işçi qrupunda 23 konqresmen təmsil olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR