Bank Of Baku

Piter Semnebi: “Dağlıq Qarabağa hansı ölkənin ərazisindən keçərək gedəcəyim məlum deyil”

Piter Semnebi: “Dağlıq Qarabağa hansı ölkənin ərazisindən keçərək gedəcəyim məlum deyil”
# 18 oktyabr 2007 09:24 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə açıqlama verən Piter Semnebi konfransa qatılan ATƏT-in baş katibi Mark Perrin Brişambo ilə də görüşəcəyini bildirib. Avropa İttifaqı təmsilçisi Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlərində Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıqlarını dərinləşdirmək məsələlərini müzakirə edəcəyini deyib: “2008-ci ilin birinci yarısında Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planına uyğun görülən işlərlə bağlı hesabat hazırlanacaq. Hazırda həmin hesabat üzərində iş gedir”. P. Semnebi Dağlıq Qarabağa səfərinin vaxtının, eləcə də oraya Azərbaycan yoxsa Ermənistan ərazisindən gedəcəyinin bəlli olmadığını deyib: “Əsas odur ki, səfərin vaxtı dəqiqləşsin. Bakıda keçirəcəyim görüşlərdə bu məsələ də müzakirə olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR