Bank Of Baku

Müstəqilliyi gerçəkləşdirən millət vəkillərinin Hüquqlarını Müdafiə Komitəsi Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirib

Müstəqilliyi gerçəkləşdirən millət vəkillərinin Hüquqlarını Müdafiə Komitəsi Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirib
# 18 oktyabr 2007 10:03 (UTC +04:00)
Müstəqilliyi gerçəkləşdirən millət vəkillərinin (1990-1995) Hüquqlarını Müdafiə Komitəsi 18 oktyabr Müstəqillik Günü ilə bağlı dəyirmi masa keçirib. Müdafiə Komitəsinin sədri Çingiz Dəmiroğlu bildirib ki, Müstəqillik Bəyannaməsinə səs verən Ali Sovetin üzvləri dövlət diqqətindən kənarda qalıb və bununla bağlı hökumətə ünvanlanan müraciətlərə baxılmayıb. O, bu bəyannaməni imzalayan 365 deputatdan 72-nin artıq dünyasını dəyişdiyini də diqqətə çatdırıb. Ali Sovetin sabiq deputatı İsgəndər Həmidov isə ədalətin bərpası üçün mübarizə formasının və hədəfinin dəyişdirilməsi təklifi ilə çıxış edib. Azadlıq Partiyasının sədri Əhməd Oruc da xalqı dəyərlərinə sahib çıxmağa çağırıb. O, bu məsələdə müxalifət liderlərinin mövqe nümayiş etdirməsinin zəruriliyini də söyləyib. Dəyirmi Masada çıxış edən Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Azərbaycanın dövlət istiqlaliyyəti Konstitusiya Aktını qəbul etmiş parlamentin hazırda sağ olan 293 deputatı xüsusi təqaüd almaları ilə bağlı mövqe nümayiş etdirməlidirlər. Ali Sovetin sabiq deputatı Rəhim Qazıyev isə çıxışını müxalifətdə olan partiyaların sədrlərinin bəzilərini tənqid etməklə başlayıb. O, Müsavat Partiyasının başqanı İsa Qəmbəri və digərlərini prezident iddiasında olmaqda ittiham edib: “Tələbə skamyasından aparıb Prezident Aparatında oturdulan adam, indi prezident olmaq istəyir. İsa Qəmbərin prezident olmaq istəyi isə ədalətsizlikdir. İsa Qəmbər Əbülfəz Elçibəy iqtidarını parçaladı və hökumətdə ikitirəlik yaratdı”. R. Qazıyevin çıxışı dəyirmi masa iştirakçılarının narazılığına səbəb olub. Dəyirmi masada çıxış edən sabiq deputatlar Mirmahmud Mirəlioğlu, Firudin Cəlilov və digərləri bu günün xüsusi qeyd olunmasını və Müstəqillik Bəyannaməsinə imza atan deputatlara diqqət yönəltməyi tələb etdilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR