Bank Of Baku

Piter Semnebi Azərbaycanın hüquq müdafiəçiləri ilə görüşüb

Piter Semnebi Azərbaycanın hüquq müdafiəçiləri ilə görüşüb
# 18 oktyabr 2007 10:26 (UTC +04:00)
Azərbaycanda iki günlük səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıda hüquq müdafiəçiləri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə ölkəmizdə fəaliyyət göstərən mülki cəmiyyət institutları və qeyri-hökumət təşkilatlarının mövcud durumu, onların müstəqil fəaliyyət göstərməsi ətrafında fikir mübadiləsi aparılıb. Hüquq müdafiəçiləri Semnebiyə ölkədə seçkiqabağı durum, azad və müstəqil seçkilər keçirilməsi imkanları barədə məlumat veriblər. Piter Semnebi ölkədə həbs olunan jurnalistlərin vəziyyəti ilə maraqlanıb, rəsmi şəxslərlə görüşdə əsas prioritet mövzulardan birinin məhz media nümayəndələrinin azadlığa buraxılması ətrafında olacağına söz verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR