Bank Of Baku

Tiflisdə “Qafqazda stabillik naminə əməkdaşlıq” proqramı çərçivəsində beynəlxalq konfrans keçiriləcək

Tiflisdə “Qafqazda stabillik naminə əməkdaşlıq” proqramı çərçivəsində beynəlxalq konfrans keçiriləcək
# 18 oktyabr 2007 12:02 (UTC +04:00)
Oktyabrın 19-dan 21-dək Tiflisdə “Qafqazda stabillik naminə əməkdaşlıq” proqramı çərçivəsində beynəlxalq konfrans keçiriləcək. Demokratik İslahatlar Partiyasından APA-ya daxil olan məlumata görə, təşkilatın sədri Asim Mollazadə konfransın “Regional inkişaf və Cənubi Qafqazın perspektivləri” bölməsində “İpək yolu birliyinin strategiyası” mövzusunda məruzə edəcək. Tədbirə Gürcüstan prezidenti Mixail Saakaşvili və Sasakava Fondunun sədri Yohey Sasakava da qatılacaq. Konfrans Qafqaz regionunda stabillik perspektivlərinin müzakirəsinə həsr olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR