Bank Of Baku

Azərbaycanın baş naziri türkdilli dövlətlərin xüsusi xidmət orqanları konfransının iştirakçıları ilə görüşüb

Azərbaycanın baş naziri türkdilli dövlətlərin xüsusi xidmət orqanları konfransının iştirakçıları ilə görüşüb
# 18 oktyabr 2007 12:30 (UTC +04:00)
Azərbaycanın baş naziri Artur Rasizadə türkdilli dövlətlərin xüsusi xidmət orqanları konfransının Bakıda keçirilən 10-cu iclasının iştirakçıları ilə görüşüb. APA-nın “AzərTAc” Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, milli təhlükəsizlik naziri Eldar Mahmudov iclasda, əsasən, terrorizm, narkotrafik, qanunsuz miqrasiya ilə mübarizəyə dair aparılmış müzakirələr barədə hökumət başçısına məlumat verib. İclas çərçivəsində bir sıra ikitərəfli və çoxtərəfli görüşlər, o cümlədən tədbirdə qonaq qismində iştirak edən Rusiya və Gürcüstan nümayəndə heyətlərinin başçıları ilə görüşlər keçirilib. Baş nazir xüsusi xidmət orqanları əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirərək, zəmanəmizin hədələri ilə mübarizəyə yönəldilmiş mövcud əlaqələrin genişləndirilməsini arzulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR