Bank Of Baku

Sülhəddin Əkbər: “Adı müxalifət olan bəzi qüvvələr Müsavatın seçkiyə qatılmasından narahatdır”

Sülhəddin Əkbər: “Adı müxalifət olan bəzi qüvvələr Müsavatın seçkiyə qatılmasından narahatdır”
# 18 oktyabr 2007 13:36 (UTC +04:00)
“Müsavatın seçkiyə qatılmaqla bağlı qərarını tələskən addım və hakimiyyətin mövqeyinin möhkəmləndirilməsinə xidmət edən qərar kimi qiymətləndirənlər seçki texnologiyalarını bilməyənlərdir. Kim bu texnologiyaları bilmirsə, onunla maraqlansın və ya bilənlərdən soruşsun”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, dünyada qəbul edilmiş texnologiyalara əsasən siyasi partiyalar adətən seçkiyə bir il qalmış seçki qrafiki hazırlayır və buna uyğun kampaniyaya başlayır. Məclis sədri hesab edir ki, yalnız seçkidə iştirak etməklə hakimiyyətlə mübarizə aparmaq mümkündür: “Seçkini boykot etmək isə hakimiyyətə kömək etmək, onun yolunu açmaq, qələbəsini asanlaşdırmaqdır. Geri çəkilməklə hakimiyyətlə mübarizə aparmaq olmaz. Müsavatın qərarından sonra nə üçün belə mübahisələr açılır, bunu anlamaq çətindir”. S. Əkbərin fikrincə, Müsavatın qərarına bu şəkildə qiymət verənlərin bir hissəsi hakimiyyətə kömək edənlər, digər hissəsi isə səmimi şəkildə yanılanlardır: “Adı müxalifət olan bəzi qüvvələr Müsavatın seçkiyə qatılmasından narahatdır. Digərlərinə isə elə gəlir ki, seçkini boykot etməklə ölkədə dəyişikliyə nail olmaq mümkündür. Amma ölkədə passivlik hökm sürdüyü bir dövrdə yalnız cəmiyyətə pozitiv impuls verməklə onu aktivləşdirmək olar. Mən boykotu neqativ impuls hesab edirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR