Bank Of Baku

Pənah Hüseyn: “Müxalifətçi namizədlərin əməkdaşlıq etməkdən başqa çıxış yolu yoxdur”

Pənah Hüseyn: “Müxalifətçi namizədlərin əməkdaşlıq etməkdən başqa çıxış yolu yoxdur”
# 18 oktyabr 2007 14:08 (UTC +04:00)
“Seçki kampaniyası dövründə öz namizədliyini irəli sürəcək müxalifətçilərin əməkdaşlıq etməkdən başqa çıxış yolu yoxdur. Buna görə də seçki ərəfəsində namizədlərin koordinasiya mərkəzinin yaradılması vacibdir”. Bunu APA-ya açıqlamasında “Müsavat” deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn deyib. O bildirib ki, bu barədə təklif irəli sürməklə bərabər, öz təşəbbüsü ilə namizədlərlə danışıqlar aparmaq fikri də var: “Amma namizədlər hələ indi-indi müəyyənləşir. Danışıqlar yəqin ki, sonrakı mərhələdə olacaq. Seçki kampaniyasında mütləq koordinasiya mərkəzi yaradıb maksimum birgə addımlar atılmalıdır”. P. Hüseyn seçkilərdə öz namizədliyini irəli sürüb-sürməyəcəyi məsələsinin qeyri-müəyyən olduğunu bildirib: “Əgər İsa Qəmbər axıra qədər getsə və namizədliyi qeydə alınsa, onu müdafiə edəcəyik. Mən həmişə demişəm ki, namizədliyimi irəli sürməklə bağlı siyasi qərarım yoxdur, sadəcə, bu, istisna deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR