Bank Of Baku

Akif Şahbazov: “Bu gün hakimiyyət üçün hər hansı təhlükə yoxdur”

Akif Şahbazov: “Bu gün hakimiyyət üçün hər hansı təhlükə yoxdur”
# 18 oktyabr 2007 14:36 (UTC +04:00)
“Prezident seçkilərinə kimi iqtidarla müxalifət arasında dialoqun keçirilməsi vacibdir. Hakimiyyət iradə nümayiş etdirib müxalifətə normal şərait yaradarsa, o zaman dialoq baş tutar və bu, normal qarşılanar”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov bildirib. Partiya sədrinin fikrincə, dialoq o zaman mümkündür ki, iqtidarın öz hakimiyyətini saxlamaq imkanları məhdudlaşsın: “Bu gün hakimiyyət üçün hər hansı təhlükə yoxdur və buna görə iqtidarın dialoqa getməyə marağı yoxdur. Ola bilsin ki, yenə də ATƏT öz missiyasını həyata keçirmək üçün bir neçə xırda partiyalardan ibarət dəyirmi masa keçirsin və bunun adını iqtidar-müxalifət dialoqu qoysun. Bunun isə əhəmiyyəti və perspektivi olmayacaq. İndiki məqamda hakimiyyət dialoqun yox, monoloqun tərəfdarıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR