Bank Of Baku

Müsavat mitinq taktikasına dəyişiklik edəcək

Müsavat mitinq taktikasına dəyişiklik edəcək
# 18 oktyabr 2007 14:37 (UTC +04:00)
Müsavat Partiyasının mitinq taktikasına dəyişiklik etmək üçün yaxın günlərdə partiya rəhbərliyində müzakirələr başlayacaq. Partiya Məclisinin sədri Sülhəddin Əkbərin APA-ya verdiyi məlumata görə, hələlik bununla bağlı yalnız ilkin müzakirələr olub. Müsavatın bu il ərzində keçirdiyi aksiyalarda kütləviliyin olmamasının səbəbini həmin mitinqlərin sosial tələblərlə keçirilməsində görən S. Əkbər hesab edir ki, bu, cəmiyyətin passivliyinin, öz haqları uğrunda mübarizə aparmamasının göstəricisi olub: “Bu aksiyalarda hər hansı siyasi tələb qoyulmamışdı. Amma növbəti mərhələdə Müsavat seçki kampaniyasına başlayacaq və artıq siyasi tələblə mitinqlər keçiriləcək. Tədricən cəmiyyətdə aktivliyi artırmaq yolu ilə kütləviliyə nail olacağıq. Bu, bizim təcrübəmizdə dəfələrlə olub”. S. Əkbər mitinqlərin yerinin dəyişdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb: “Biz bütün məsələləri müzakirə edəcək və çalışacağıq ki, aksiyaları şəhərin mərkəzində keçirək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR