Bank Of Baku

Azəri-Türk Qadınlar Birliyi və Dünya Azərbaycanlıları Konqresi ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirib

Azəri-Türk Qadınlar Birliyi və Dünya Azərbaycanlıları Konqresi ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirib
# 18 oktyabr 2007 14:37 (UTC +04:00)
Bu gün Azəri-Türk Qadınlar Birliyi Dünya Azərbaycanlıları Konqresi (DAK) ilə birgə ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı”nı tanıyan qətnamənin qəbulu ilə bağlı öz etirazlarını bildirərək, səfirliyin qarşısına qara əklil qoyublar. Aksiya iştirakçıları Azəri-Türk Qadınlar Birliyinin və DAK nümayəndələri bununla bağlı bəyanatlarını səfirliyin mühafizəçilərinə təqdim ediblər. Lakin polis və səfirliyin mühafizə xidmətinin əməkdaşları mətbuat nümayəndələrinin aksiyanı işıqlandırmasının qarşısını almağa cəhd ediblər. Yaranan mübahisə DAK sədrinin I müavini, millət vəkili Sabir Rüstəmxanlının müdaxiləsindən sonra aradan qaldırılıb. Aksiya zamanı tədbir iştirakçılarından heç kəs saxlanılmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR