Bank Of Baku

“Uydurma “erməni soyqırımı”na təsir vasitəsi” mövzusunda dəyirmi masa keçirilib

“Uydurma “erməni soyqırımı”na təsir vasitəsi” mövzusunda dəyirmi masa keçirilib
# 18 oktyabr 2007 14:40 (UTC +04:00)
Azəri-Türk Qadınlar Birliyi “Uydurma “erməni soyqırımı”na təsir vasitəsi” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, birliyin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı”nı tanıyan qətnamənin qəbulu, Qarabağ məsələsində bu ölkənin ədalətli mövqe tutmasına şübhə yaradır. Onun sözlərinə görə, Azərbaycan parlamenti bu barədə öz etirazını rəsmi şəkildə ABŞ konqresinə bildirməlidir. DAK sədrinin I müavini Sabir Rüstəmxanlı isə deyib ki, məlum qərar türk-müsəlman dünyasına yönəlib. O, Şərqi Anadolu, İrəvan, Zəngəzur, Göycə, Dərələyəz, Qarabağ, Şamaxı, Quba, Salyan, Bakı və digər ərazilərdə ermənilərin keçən əsrin əvvəllərində törətdikləri qətliamlara da diqqəti yönəldib: “ABŞ və Qərb dövlətləri qondarma “erməni soyqırımı” adı altında türk dünyasına təzyiq edir”. Milli Məclisin deputatı Fəzail İbrahimli isə “erməni soyqırımı”nı tanıyan qətnamənin qəbulunun təəccüblü olmadığını deyib: “Bu, uzun illərdən bəri başlanan prosesin bir mərhələsidir və İslam dünyasına qarşı aparılan müharibədir”. Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Nur Alkış Türkiyə ilə Azərbaycanın eyni mövqedən çıxış etməsinin zəruriliyini vurğulayıb. Toplantıda digər çıxış edənlər də ABŞ-ın Türkiyə ilə bağlı siyasətini pisləyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR