Bank Of Baku

Akif Şahbazov: “Hər hansı müxalifət partiyası seçkiləri boykot etmək gücündə deyil”

Akif Şahbazov: “Hər hansı müxalifət partiyası seçkiləri boykot etmək gücündə deyil”
# 18 oktyabr 2007 15:04 (UTC +04:00)
“Hər hansı müxalifət partiyası seçkiləri boykot etmək gücündə deyil. Sadəcə olaraq belə qərar qəbul edən partiya özünü seçkidən kənarda qoya bilər”. Bu açıqlamanı APA-ya Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov verib. Seçkini boykot etmək səlahiyyəti və gücünün Azərbaycan xalqında olduğunu bildirən partiya sədri hesab edir ki, xalq hər hansı siyasi qüvvənin çağırışına müsbət reaksiya verərsə, məsələlər xalqın istəyi səviyyəsində həll oluna bilər. A. Şahbazovun sözlərinə görə, əgər hansısa partiya seçkiləri boykot qərarı qəbul edəcəksə, o, yalnız öz tərəfdarlarını buna cəlb edə biləcək: “Ona görə də boykot variantı üzərində dayanıb buna enerji sərf etməkdənsə, özünü seçkidən kənarda qoymaqdansa, seçki qanunun dəyişdirilməsi üçün birgə mübarizəyə enerji sərf edilməlidir. Digər tərəfdən beynəlxalq təşkilatlar tərəfindən də seçkilərə qatılmamaq düzgün qəbul olunmur. Hakimiyyət isə elə bir mühit yaratmalıdır ki, müxalifət partiyaları seçkidə iştirak etməkdə maraqlı olsunlar. Hakim partiya öz real qələbəsini Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mümkün demokratik variantlardan istifadə etməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR