Bank Of Baku

“Azadlıq” bloku ilə Müsavat arasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı danışıqlar başlayıb

“Azadlıq” bloku ilə Müsavat arasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı danışıqlar başlayıb
# 18 oktyabr 2007 15:05 (UTC +04:00)
Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı vahid mövqedən çıxış etmək üçün “Azadlıq” bloku ilə Müsavat Partiyası arasında danışıqlar başlayıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəylinin APA-ya verdiyi məlumata görə, blok rəhbərliyi Müsavatla danışıqlar aparmaq üçün ona səlahiyyət verib. Q. Əlibəyli Müsavatla ilkin məsləhətləşmələrin aparıldığını, yaxın günlərdə isə daha konkret və prisipial məsələlərlə bağlı müzakirələrin başlayacağını qeyd edib. O, Seçki Məcəlləsi ilə bağlı qanun layihəsi hazırlamış digər müxalifət partiyaları ilə də məsləhətləşmələrin nəzərdə tutulduğunu qeyd edib: “Noyabrın 9-da Venesiya Komissiyası, hakimiyyət və müxalifət arasında növbəti görüş olacaq və biz bu görüşdə müxalifətin vahid sənədlə çıxış etməsinə tərəfdarıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR