Bank Of Baku

DSK sədrlərinin birinci qrupu üçün kurslar oktyabrın 20-də yekunlaşacaq

DSK sədrlərinin birinci qrupu üçün kurslar oktyabrın 20-də yekunlaşacaq
# 18 oktyabr 2007 15:15 (UTC +04:00)
Ölkə prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) Dairə Seçki Komissiyaları (DSK) sədrlərinin birinci qrupu üçün başladığı kurslar oktyabrın 20-də yekunlaşacaq. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kursların sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Öz növbəsində bu kursların sertifikatlarını almış iştirakçılar yerlərdə məntəqə seçki komissiyalarının üzvləri üçün kurslar təşkil edəcək. Bu gün davam edən kursda MSK üzvü İlham Məmmədov “Seçkilər zamanı namizədlərin irəli sürülməsi və qeydiyyatı”, Rövşən İsmayılov “İnkişaf etmiş ölkələrin seçki praktikası”, MSK-nın şöbə müdiri Rövzət Qasımov “Seçki hazırlığı və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzusunda mühazirə deyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR