Bank Of Baku

AXCP-nin qurultayı 2008-ci ildə keçiriləcək

AXCP-nin qurultayı 2008-ci ildə keçiriləcək
# 18 oktyabr 2007 15:38 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayı 2008-ci ildə keçiriləcək. Partiya Ali Məclisinin sədri Qulamhüseyn Əlibəylinin APA-ya verdiyi məlumata görə, hazırda yerli təşkilatlarda qurultaya hazırlıq başlayıb və bunu 2007-ci ilin sonuna kimi yekunlaşdırmaq mümkün deyil. O, ilkin olaraq zona müşavirələrinin, sonra isə konfransların keçiriləcəyini bildirib: “Digər tərəfdən, 2008-ci il prezident seçkiləri ilə bağlı qurultayda müzakirələr aparıb qərar qəbul etmək fikrindəyik. Qurultay elə vaxta təyin olunacaq ki, seçki ilə bağlı qərar qəbul etdiyimiz ərəfəyə təsadüf etsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR