Bank Of Baku

Bahar Muradova: “Bəzi seçki dairələrində sınaq şəklində elektron səsvermə təşkil etmək mümkündür”

Bahar Muradova: “Bəzi seçki dairələrində sınaq şəklində elektron səsvermə təşkil etmək mümkündür”
# 18 oktyabr 2007 16:03 (UTC +04:00)
“Hazırda Azərbaycanda tam şəkildə elektron səsvermə tətbiq etmək mümkün deyil. Çünki elektron səsvermə üçün ölkədə kifayət qədər imkanlar olmalıdır”. Bu açıqlamanı APA-ya Milli Məclis sədrinin müavini Bahar Muradova verib. Hazırda bir sıra şəxslərin elektron səsvermənin tətbiqi ilə bağlı təkliflərlə çıxış etdiyini deyən millət vəkilinin fikrincə, bu prosesi ayrı-ayrı seçki dairələrində sınaq şəklində təşkil etmək olar: “Düşünmürəm ki, qarşıdakı seçkilərdə bu mexanizm ölkə üzrə tam şəkildə tətbiq edilsin. Amma sözsüz ki, haçansa Azərbaycanda elektron səsvermə keçiriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR