Bank Of Baku

Vasif Talıbov 7 nəfəri müxtəlif fəxri adlarla təltif edib

Vasif Talıbov 7 nəfəri müxtəlif fəxri adlarla təltif edib
# 19 oktyabr 2007 08:18 (UTC +04:00)
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi münasibətilə Muxtar Respublikada ali təhsilin inkişafındakı xidmətlərinə görə 6 nəfəri fəxri adlarla təltif edib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, V. Talıbovun imzaladığı müvafiq sərəncamla Xanəli Abbasəli oğlu Kərimli, Əli Məmməd oğlu Məmmədov və Məhəmməd İman oğlu Namazova “əməkdar müəllim”, Mübariz Səməd oğlu Əsgərov və Gülyanaq Əhəd qızı Fərzəliyevaya “əməkdar artist”, Yusif Nəriman oğlu Vəliyevə isə “əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları verilib. Digər sərəncamla Rudolf Nikolayeviç İvanova Naxçıvan MR-in “əməkdar jurnalisti” adı verilib. O, bu ada Naxçıvanın tarixi və şəxsiyyətləri barədə sanballı tədqiqatlarına görə layiq görülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR