Bank Of Baku

Amerikalı konqresmen Azərbaycanın Müstəqillik Günü münasibətilə Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə müraciət ünvanlayıb

Amerikalı konqresmen Azərbaycanın Müstəqillik Günü münasibətilə Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə müraciət ünvanlayıb
# 19 oktyabr 2007 08:20 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, xanım Conson spiker Nensi Pelosiyə ünvanladığı müraciətində deyib ki, ABŞ-ın strateji müttəfiqi olan Azərbaycan bu gün müstəqilliyinin elan olunmasının 16-cı ildönümünü qeyd edir. Konqresmen dünyanın ilk müsəlman demokratik dövləti olan Azərbaycanın regionda unikal rol daşıdığını deyib. Onun sözlərinə görə, rəsmi Bakı ABŞ-la fərdi və beynəlxalq qurumlar olan BMT, ATƏT, GUAM çərçivəsində sıx əməkdaşlıq edir. Edi Bernis Conson son illərdə Azərbaycanın ciddi iqtisadi nailiyyətlərə imza atdığını, Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kəmərlərinin inşasının sona çatdığını və istismar olunduğunu, Bakı-Tiflis-Qars dəmir yolunun inşasına hazırlıq işlərinin göründüyünü deyib. Konqresmen son on ildə ölkədə qəbul olunan qanun və normativ aktların Azərbaycanın beynəlxalq iqtisadi məkana daxil olmasına şərait yaratdığını deyib. Konqresmen xanım bu uğurların Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən təsdiqləndiyini də bildirib. Edi Bernis Conson Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Onun sözlərinə görə, ABŞ xarici siyasi kursunu müəyyən edən Dövlət Departamenti öz hesabatlarında qeyd olunan ərazinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu dəfələrlə qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR