Bank Of Baku

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Londonda işgüzar səfərdə olub

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Londonda işgüzar səfərdə olub
# 19 oktyabr 2007 08:45 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı FHN rəhbərliyi fövqəladə hallar üçün nəzərdə tutulmuş yüksək texnologiyalı, fövqəladə vəziyyətlərdə sürətlə quraşdırılan körpülər inşa edən tanınmış “The Mabey Group” şirkətinin Redinq şəhərindəki mərkəzi ofisində olub. Şirkətin rəhbərləri istehsal prosesi, inşa etdikləri körpülər haqqında ətraflı məlumat veriblər. Nazir K. Heydərov konkret layihələri müzakirə etmək məqsədilə şirkətin məsul əməkdaşlarını Azərbaycana dəvət edib. FHN rəhbərliyi britaniyalı həmkarların təcrübəsini, iş metodunu və prinsiplərini öyrənmək məqsədilə London Yanğınsöndürmə Briqadasının mənzil-qərargahında da olub. Qeyd olunan qurumun rəhbərliyi Londonun yanğınsöndürmə sistemi haqqında məlumat verib, tərəflər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Bundan başqa, Azərbaycan nümayəndə heyəti Nazirlər Kabinetinin Ofisində fövqəladə hallar sahəsində peşəkar kadrlar hazırlayan Fövqəladə Halların Planlaşdırılması Kollecinin (EPC - Emergency Planning College) başçısı, general Maykl Çarlton-Vidi ilə görüşüb. K. Heydərov FHN-də yüksək ixtisaslı mütəxəssislərin çalışdığını, bununla belə, əlavə peşəkar kadrlara ehtiyac olduğunu bildirib. Kadrların hazırlanmasında EPC ilə FHN arasında təmasların gücləndirilməsi perspektivləri də müzakirə olunub. Daha sonra Azərbaycan nümayəndə heyəti Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin Rusiya, Cənubi Qafqaz və Mərkəzi Asiya İdarəsinin rəisi Maykl Davenport ilə görüş keçirib. K. Heydərov Azərbaycan iqtidarının apardığı siyasi, iqtisadi, sosial islahatlar haqqında danışıb, ölkəmizin son illər ərzində əldə etdiyi uğurlar və nailiyyətlər barədə məlumat verib. Eyni zamanda təmas xəttində Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən çoxsaylı yanğınların törədilməsi məsələsinə də toxunulub. Səfərin son günündə Böyük Britaniyanın Mülki Fövqəladə Halların Aradan Qaldırılması Mərkəzinin rəhbəri, xanım Şainila Pradxan ilə keçirilən görüşdə məsul dövlət strukturlarının fövqəladə hallara reaksiyası, onların nəticələrinin aradan qaldırılmasında ayrı-ayrı qurumların fəaliyyətinin əlaqələndirilməsi məsələləri təhlil edilib. Səfər çərçivəsində nümayəndə heyəti Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Con Merfi ilə də görüşüb. K. Heydərov Azərbaycan-Britaniya münasibətlərinin hər iki ölkə üçün əhəmiyyəti, ölkəmizin Avropaya inteqrasiyası istiqamətində atdığı addımlardan danışıb. Öz növbəsində C. Merfi Böyük Britaniyanın Azərbaycana böyük önəm verdiyini, dövlətimizin vahid Avropa ailəsinə daxil olduğunu bildirib. BP neft şirkətinin Rusiya, MDB, Yaxın Şərq ölkələri üzrə vitse-prezidenti və şirkətin fövqəladə hallar üzrə qurumunun rəhbərliyi ilə danışıqlar zamanı isə neft layihələrinin həyata keçirilməsi zamanı təhlükəsizlik tədbirlərinin tətbiqi, BP ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın perspektivləri əsas müzakirə mövzusu olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR